Menu

Səbət

Səbətiniz boşdur.

Araz Əliyev

Araz Əliyev

Qurucu Heyət üzvü

Araz Əliyev - 1994-cü il 11 oktyabr tarixində Balakən rayonu Hənifə kəndində anadan olub. Orta təhsilini Humanitar və Texniki Təmayüllü liseydə alıb.

2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində politologiya ixtisasını üzrə təhsil alıb. 


Tələbəlik illərində “Mən Azərbaycanlıyam”, “Xəmsə” və “Breyn ring” intellektual oyunları üzrə Respublika səviyyəli yarışların qalibi olib. 


2015-2016-cı illərdə həqiqi hərbi xidmət etmiş, Aprel döyüşlərinin iştirakçısı olub.


2016-2018-ci illərdə Bakı Dövlət Universitetində fəlsəfə tarixi ixtisası üzrə magistratura, 2019-2023-cü illərdə isə doktorantura təhsili alıb. Akademik və pedaqoji fəaliyyətini siyasət və fəlsəfə tarixi istiqamətləri üzrə davam etdirir. Çoxsaylı məqalə və tədqiqatların müəllifidir. 


Araz Əliyev 2011-ci ildən etibarən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Seçkilərin monitorinqi, siyasi aktivizm və maarifçilik sahələri üzrə fəaliyyət göstərib. 


Alternativ Təhsil Platforması və bir sıra ictimai təşəbbüslərdə peşəkar təlimçi və kordinator olaraq çalışıb. 


2020-2023-cü illərdə N!DA Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü olub.


Ailəlidir.

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın