Menu

Səbət

Səbətiniz boşdur.

1. Necə olmalı? 

Azərbaycanda azad bazar münasibətlərinin üstünlük təşkil etdiyi liberal iqtisadiyyat formalaşdırılacaq.  Biz əminik ki, məhz insanların könüllü qarşılıqlı faydalı mübadilə münasibətlərinə əsaslanan azad bazar şəraitində davamlı və dayanıqlı iqtisadi artımı və inkişafı təmin etmək, yüksək rifah cəmiyyətinə nail olmaq mümkündür. 

İqtisadi sistemin əsas sütunları aşağıdakılardır: 

·         İstehlakçının və istehsalçının (iqtisadi subyektlərin) fərdi seçim azadlığı; 

·         Azad rəqabət; 

·         Sərbəst qiymətqoyma;  

·         Özəl mülkiyyət (hebələ mülkiyyətin çoxnövlülüyü); 

·         Təşəbbüskarlıq və sahibkarlıq azadlığı; 

·         Rəqabətqabiliyyətli insan kapitalı; 

·         Səmərəli beynəlxalq inteqrasiya. 

İqtisadi sistemin təməlində (bünövrəsində) ədalətli və səmərəli iqtisadi qərarların verilməsini təmin edən etibarlı və etimadlı hüquqi-institusional mühit – qanunun hakimiyyəti – dayanır: 

  •   İnsan hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüquqlarının toxunulmazlığına zəmanət; 
  •       Qanunçuluq və qanun qarşısında hər kəsin bərabərliyi; 
  •       Müqavilə öhdəliklərinin təminatı; 
  •         Müstəqil və ədalətli məhkəmə sistemi. 

Dövlətin iqtisadiyyatda rolu aşağıdakılarda ifadə olunur: 

  • Şəffaf və səmərəli makroiqtisadi tənzimləmə (büdcə siyasəti və pul-kredit siyasəti); 
  •        Haqsız rəqabətin və inhisar fəaliyyətinin qarşısının alınması; 
  •        Bazarın təmin edə bilmədiyi xalis ictimai nemətlərin (milli təhlükəsizlik, ictimai asayiş və s.) təqdim edilməsi; 
  •          Kommunal və infrastruktur sahələrinin təşkilində şaffaf “dövlət-özəl biznes” əməkdaşlığı.    

Dövlətin bazarlara “müdaxiləsi” yalnız əsaslandırılmış hallarda doğru stimulların seçilməsi və düzgün tətbiqinə əsaslanır. 

Biz belə bir yanaşmanı əsas götürürük ki, davamlı və dayanıqlı iqtisadi artım və  inkişafın mənbəyi heç də təbii resurslara, maddi kapitala yox, məhz insan kapitalı və düzgün idarəetmədir. Cəmiyyətimizin başlıca resursu insanlarımızdır: onlara öz bilik, bacarıq və qabiliyyətlərini reallaşdırmağa əlverişli şərait yaratmaqla ölkənin iqtisadi potensialını daim artırmaq olar. Dünyanın inkişaf tendensiyalarına uyğun rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və inkişafı – dövlət siyasətinin ana xəttini təşkil edir.  

2. Hazırda necədir? 

Hazırda ölkəmizdə mövcud iqtisadi sistemi dövlət-oliqarx (klan) kapitalizmi kimi xarakterizə etmək olar. İqtisadi fəaliyyət sahələri, xüsusilə orta və iri biznes əsasən siyasi sistemə bağlı azsaylı qrupun  inhisarındadır. Mövcud iqtisadi sistemin əsas xüsusiyyətləri aşağıdakılardır: 

·       Bütün bazarlarda (əmək, kapital, torpaq və s.) insanların seçim imkanı məhdudlaşdırılıb; 

·         İqtisadiyyatın bütün sahələrində rəqabət məhdudlaşdırılıb; 

·         İnhisarçı qiymətqoyma; 

·      Mülkiyyətin özgəninkiləşdirilməsində zorakılıq, mülkiyyətin və sərvətin kiçik bir qrupun əlində sürətlə cəmləşməsi; 

·         Azad təşəbbüskarlığın məhdudlaşdırılması, dövlət-məmur (oliqarx) sahibkarlığının üstünlüyü;   

·         Təbii resurs gəlirlərinin mənimsənilməsinə əsaslanan iqtisadi artım; 

·         Zəif insan kapitalı; 

·      Beynəlxalq iqtisadi inteqrasiyada məhdudiyyətlər. 

Mövcud iqtisadi sistem hakim siyasi qrupun mənafeyinə uyğun qərarların verilməsini təmin edən  mürtəce hüquqi-institusional mühitə əsaslanır: 

·         İnsan hüquq və azadlıqları, xüsusilə mülkiyyət hüquqları effektiv qoruma altında deyil ; 

·         Qanunların tətbiqində kəskin ayrı-seçkilik var; 

·         Müqavilə öhdəliklərinə təminat yoxdur; 

·         Məhkəmə sistemi siyasi (icra) hakimiyyətdən sərt asılılıqdadır. 

Hazırda dövlətin iqtisadiyyatda rolu aşağıdakılarda ifadə olunur: 

·         Hökumətin ölkədə iqtisadi-maliyyə sabitliyinin qorunmasına yönəlik həyata keçirdiyi makroiqtisadi tənzimləmə siyasəti bir çox hallarda hətta iqtisadi artımın qarşısını alır;  

·         Dövlət satınalmalarınında qeyri-şəffaflıq və səmərəsizlik var (korrupsiyanın əsas mənbəyi);   

·         Hakim siyasi elitaya aid imtiyazlı qrupların iqtisadi sferadakı haqsız rəqabət və inhisar fəaliyyətinin qarşısı alınmır;   

·         Bir sıra sahələrdə cəmiyyətə təqdim olunan dövlət xitmətləri çox xərctutumlu olmasına rəğmən xidmət keyfiyyəti aşağı olmaqda davam edir;  

·         Kommunal və infrastruktur sahələrində hakim dövlət sahibkarlığının (şirkətlərinin) keyfiyyətsiz və səmərəsiz fəaliyyəti.    

Dövlət qurumlarının demək olar ki, hamısı bazarlara əsaslandırılmamış  “müdaxilələr” edir: “sahənin inkişafının stimullaşdırılması” kimi təqdim olunan belə müdaxilələr, əslində, müəyyən maraq qruplarına imtiyazlar və xüsusi preferensiyalar təqdim etməklə sahədə azad bazar mexanizminin məhdudlaşdırılmasına yönəlik olur. 

Bir sözlə, hazırda ölkənin mövcud iqtisadi sistemində  ədalətli və effektiv tənzimləmənin yoxluğu yaşanır.  

 

3. Nəyi və Necə dəyişməli? 

 

Praktiki tətbiq: 

 

  • Siyasi nüfuz sahiblərinin və siyasi vəzifələri daşıyan şəxslərin, habelə tənzimləyici vəzifələr daşıyan şəxslərin gəlir və əmlak bəyannaməsi verməsi, bu bəyannamələrin mətninin ictimaiyyət üçün açıqlanması icbari xarakter daşıyacaq; 
  • Maraqlar toqquşmasını aradan qaldıracaq mexanizmlər tətbiq ediləcək;  
  • Ölkədə fəaliyyət göstərən bütün müəssisələrin (hüquqi şəxslərin) benefisiar sahibliyinin açıqlanması təmin ediləcək;  
  • “Ofşor zonalar”da fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq imkanları məhdudlaşdırılacaq; 
  • Qanunçuluq və qanun qarşısında hər kəsin bərabərliyi təmin ediləcək, mülkiyyət toxunulmazlığı təmin ediləcək;  
  • Ədalətli və müstəqil məhkəmə sistemi qurulacaq; 
  • Müstəqil rəqabət (antiinhisar) qurumu yaradılacaq və sahə bazarlarında olan rəqabət durumu davamlı olaraq izlənəcək, inhisar fəaliyyətinin qiymətləndirilməsi üçün dəqiq meyarlar müəyyən ediləcək, haqsız rəqabətin qarşısı alınacaq;  
  • Maliyyə və əmlak amnistiyası elan ediləcək, ölkədən qaçırılan kapitalın investisiya kimi ölkəyə cəlb edilməsi üçün etimadlı mexanizmlər işə salınacaq;  
  • Qeyri-neft sektoruna, xüsusilə emal sənayesi sahələrinə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün zəruri biznes-investisiya mühiti yaradılacaq, dünyanın tanınmış sənaye brandlərinin ölkədə fəaliyyətinin təmin edilməsi üçün addımlar atılacaq;  
  • Kənd təsərrüfatında kooperasiyanın inkişafı stimullaşdırılacaq və kooperasiya əsaslı iri kənd təsərrüfatı istehsalçılarının formalaşması təmin ediləcək:  
  • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və istehlakçıya çatdırılması üzrə istehsal-logistika zəncirinin formalaşması təmin ediləcək;  
  • Kənd təsərrüfatı məhsullarının dövlət satınalmalarının səmərəli mexanizmi formalaşdırılacaq;  
  • Region və kənd inkişafı strategiyaları və proqramları işləniləcək, regionlarda qeyri-kənd təsərrüfatı sahələrinin inkişafı (xüsusilə kişik və orta sahibkarlıq müəssisələrinin geniş şəbəkəsinin yaranması) təmin ediləcək;  
  • Mərkəzi bankın müstəqilliyi təmin ediləcək və pul-kredit tənzimlənmıəsinə görə müəsuliyyət daşıyacaq; 
  • Kommersiya banklarının fəaliyyətinə bərabər ilkin şərtlər təmin ediləcək;  
  • Kapital bazarları inkişaf etdiriləcək; 
  • Dünya Ticarət Təşkilatına qoşulmaq təmin ediləcək;  
  • İqtisadiyyatın sahələri üzrə müstəqil peşəkar birliklərin yaranmasına şərait yaradılacaq; sahə inkişafı məsələləri mütləq həmin peşəkar birliklərin iştirakı ilə müzakirə ediləcək;  
  • Qəbul edilən qanunların (hüquqi-normativ sənədlərin) biznesə təsirinin qiymətləndirilməsi aparılacaq; habelə biznesə təsir edən qanunlar qəbul edildikdən sonra ən azı 6 ay sonra tətbiqi mümkün olacaq;  
  • “Dövlət sahibkarlığı”nın fəaliyyət çərçivələri məhdudlaşdırılacaq (dövlət müəssisələrin yaradılması, dövlətin hər-hansı sahibkarlıq subyektlərinin səhmlərini alması və s. kimi halların əsaslandırılması tələb olunacaq); 
  • Təbii inhisar sahələrində olan iri dövlət müəssisələrinin səmərəli fəaliyyətilə dünyada tanınmış şirkətlərə uzunmüddətli idarəetməə veriliməsi, onların dövlət-özəl sektor mexanizmi əsasında idarəçiliyi təmin edikəcək, fəaliyyətlərinə şəffaflıq və hesabatlılıq tələbləri sərtləşdiriləcək; 
  • İri dövlət müəssisələrinin səhmləşdirilməsi və onların səhmlərinin qiymətli kağızlar bazarında mübadiləsi təmin ediləcək;  
  • Təbii inhisar fəaliyyətlərinin reyestri dəqiqləşdiriləcək, həmin reyestrə daxil edilməyən bütün sahələrdə (xüsusilə iri dövlət müəssisələrinin fəaliyyətlərinə daxil edilən bu cür sahələrdə) rəqabətin təmin edilməsi üçün işlək mexanizmlər işə salınacaq; 
  • İqtisadiyyatın tənzimlənməsini həyata keçirən institusional amillərin (qanunların, qaydaların, təşkilatların və s.) qiymətləndirilməsi aparılacaq və lüzumsuz, əsaslandırılmamış bütün növ tənzimləmələr və qurumlar aradan qaldırılacaq; 
  • Biznesin vergi yükü (vergilər, sosial ödənişlər, gömrük rüsum və ödənişləri, icazələr və digər rəsmi ödənişlər də daxil omaqla) qiymətləndiriləcək və onun optimallaşdırılması təmin ediləcək;  

 

 

Hüquqi tənzimləmə: 

 

  • Yuxarıda sadalanan fəaliyyətlərin mexanizmlərini əks etdirən hüquqi-institusional baza formalaşdırılacaq. 

 

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın