Menu

Səbət

Səbətiniz boşdur.

  1. Platforma gələcəkdə siyasi iddialı bir təşkilata çevrilməyi hədəfləyən, konseptual baxışları olan, ölkənin problemlərinin həllini bilən, amma cəmiyyətin bu prosesdə iştirakını və uyğun dəstəyini əldə etmək istəyən şəxslərin siyasi təşəbbüsüdür. 

  2. Platformanın qurucuları bu Platformanın Quruluş Bəyanını imzalayan şəxslərdir.

  3. Platformanın idarəetmə modeli Kollegialdır. Qərarvericilər hər hansı qərarlar qəbul etməzdən əvvəl öz fikirlərini həmkarları ilə açıq bölüşməyə, müzakirə etməyə, dinləməyə meyllidirlər və ümumi razılığa maksimum səy göstərilir. Beləliklə hər şeyə qurucular qərar verir.

  4. Platformanın rəhbər orqanı qurucu üzvlər tərəfindən seçilmiş QURUCU HEYƏT (QH) adlanır. 

 

  1. QH-in səlahiyyətləri: 

 

  • Əsasnamənin qəbulu və ona dəyişikliklər edilməsi;

  • Siyasi prosesdə iştirakçılıq, təşkilati məsələlər, platformanın kospetual baxış və sənədlərinin qəbulu və dəyişdirilməsi;

  • Qurucu Heyət üzvlüyünə qəbul etmə və üzvlükdən xaric etmə;

  • Qurucu Heyətin say tərkibinin müəyyən edilməsi;

  • Müəyyən müddətə Platformanın Spikerinin seçilməsi;

  • Spikerin təqdimatı ilə icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

  • İcra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi və təsdiqi;

  • İcra orqanının təqdimatı ilə Platforma üzvlüyünə qəbul və azad etmə;

  • İcra orqanlarından və üzvlərdən daxil olan müraciətlərə 1 ay müddətində baxma və cavab vermə;

  • Platforma əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

  • Platformanın fəaliyyətinə xitam verilməsi;

  • Vəzifəli şəxslərin və üzvlərin fəaliyyətinin əsasnaməyə uyğun olmasını müəyyənləşdrimək, habelə Platformanın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirmək 

 

  1. QH-in toplantıları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.  Toplantıların keçirilmə dövriliyi QH-in yığıncağında müəyyən edilir. Növbədənkənar toplantılar üzvlərin ən azı 1/3-nin tələbi ilə və ya Spiker tərəfindən çağrıla bilər.

 

  1.   QH-in qərar vermə mexanizmi:

 

  • Siyasi prosesdə iştirakçılıq, təşkilati məsələlər, platformanın konseptual baxış və sənədlərinə dair strateji qərarlar üzvlərin 2/3 səs çoxluğu ilə qəbul edilir. 

  • QH-ə yeni üzv, üzvlərdən birinin təqdimatı ilə  üzvlərin 2/3 səs çoxluğu ilə qəbul edilir.

  • Platformaya üzvlük icra qolunun təqdimatı ilə QH toplantısı iştiraçkılarının 2/3 səsçoxluğu ilə qəbul edilir. 

  • Əsasnaməyə əlavə və dəyişikliklərin edilməsi və platformanın ləğvi barədə qərarın qəbulu üçün QH üzvlərinin 2/3 səs çoxluğu tələb olunur. 

  • Digər məsələlər üzrə qərarlar üzvlərin sadə səsçoxluğu ilə qəbul edilir. 

 

 

  1. QH-in Spikeri 

 

QH Platformanı təmsil etmək, qərarlarının icrasını təşkil etmək üçün 1 il müddətinə öz üzvləri arasından bir nəfəri üzvlərin 2\3 səs çoxluğu ilə Spiker seçir. 

 

Spiker:

  • QH-in toplantılarını çağırır və idarə edir, müzakirə olunan məsələlərin protokollaşmasını təmin edir; 

  • QH-in qərarlarının icrasının həyata keçirilməsini təşkil edir;

  • Platformanı təmsil edir və onun adından çıxış edir;

  • Platformanın işini təşkil edir, icra qolları arasında əlaqələndirməni həyata keçirir. İHM-nin strukturunun və tərkibin formalaşdırılması və dəyişdirilməsi üçün QH-ə təqdimat edir;

  • QH qarşısında hesabat verir;

  • QH tərəfindən və bu Əsasnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

 

QH üzvlərin 2\3 səsilə Spikerin səlahiyyətlərinə xitam verə bilər.

 

 

  1. QH qəbul etdiyi qərarların icrasını və Platformanın işini təşkil etmək üçün öz nəzarətində İcra Heyəti və Məşvərət Heyəti (İMH) yaradır və onun tərkibini formalaşdırır. İMH özü də funksionallıq baxımdan iki hissədən ibarətdir: Təşkilati və Konseptual Heyət.

 

QH öz üzvləri arasında İcra Heyəti və Məşvərət Heyətininin (İHM) fəaliyyətini effektiv təşkil etmək üçün kurasiya sistemi formalaşdıra bilər. 

 

  1. Platforma üzvləri və ardıcılları

 

  1. 18 yaşına çatmış, məqsəd, ideya və prinsiplərini qəbul edən hər bir ölkə vətəndaşı Platformaya üzvü ola bilər. Platformaya üzvlərin qəbulu icra qolunun təqdimatı ilə QH tərəfindən aparılır. Bunun üçün yazılı şəkildə və ya online formada müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. 

 

Platformanın üzvləri öz aralarında bərabərhüquqlu olub, aşağıdakı hüquq və vəzifələrə malikdirlər:

 

  • Platformanın dəyər və prinsiplərinə əməl etmək;

  • Platformanın fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;

  • Rəhbər orqanların fəaliyyəti barədə məlumat almaq;

  • Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün quruma müraciət etmək;

  • Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, qurumun müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

  • Əsasnaməyə, həmçinin etik normalara əməl etmək;

  • Rəhbər orqanların qərarlarını yerinə yetirmək;

 

Platformanın üzvü başqa siyasi təşkilatın üzvü ola bilməz. Üzv yalnız QH qərarı ilə ona səlahiyyət verildikdə, platformanı təmsil edə bilər. 

 

Üzvlüyə aşağıdakı hallarda xitam verilir:

 

  • Könüllü olaraq üzvlükdən çıxdıqda;

  • Vəfat etdikdə

  • Qanunla siyasi mənsubiyyəti qadağan edən hallar olduqda;

  • QH qərarı ilə üzvlükdən çıxarıldıqda.

 

 

 

  1. Üzvlüklə yanaşı, ardıcılların da ayrıca müvafiq icra orqanı tərəfindən qeydiyyatı aparılır. Ardıcıl olmaq istəyən şəxslər müvafiq anketi doldururlar. 

 

Ardıcılların siyahısı barədə mütəmadı olaraq icra orqanı tərəfindən QH məlumatlandırılır. Platforma tərəfindən onlarla sıx təmas qurulur, platformanın işində fəal iştirakları təşviq edilir.

 

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın