Menu

Səbət

Səbətiniz boşdur.

Ruslan İzzətli

Ruslan İzzətli

Qurucu Heyət üzvü

Ruslan İzzətli - 18 aprel 1989-cu ildə Ağdamda anadan olub.

Orta təhsilini Bərdə rayonunda alıb.


2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin incəsənət tarixi fakültəsində bakalavr dərəcəsinə yiyələnib. 


2019-cu ildə İstanbulda Bahçeşehir Universitetində Beynəlxalq münasibətlər və qlobal siyasət üzrə magistratura pilləsini bitirib.


2009-2012-ci illərdə Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olub.


2012-2013-cü illərdə Ümid Partiyasının İdarə Heyətinin üzvü və sədr müavini olub.


2013-cü il prezident seçkilərindən sonra partiyadan istefa verib.


2013-cü ildə “Demokratiya-1918” hərəkatının yaradıb və 2021-ci ilə qədər sədri olub. 


2011-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasi Elmlər Məktəbini bitirib.


2015 və 2020-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib. 


2019-cu ildə ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership) proqramının iştirakçısı olub.


2020-ci ildə səhhətində ciddi problemlərin olmasına baxmayaraq, qanunsuz olaraq hərbi xidmətə aparılıb. 


İkinci Qarabağ müharibəsinin iştirakçısı olub, “Füzulinin işğaldan azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.


Ailəlidir, bir övladı var. 

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın