Menu

Səbət

Səbətiniz boşdur.

Yadigar Sadıqlı

Yadigar Sadıqlı

Qurucu Heyət üzvü

Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 


Lənkəran şəhər 1 saylı məktəbini və Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 


2000-2023-cü illərdə Müsavat Partiyasına üzv olub. Partiyanın Lənkəran təşkilatının sədri, daha sonra başqan müşaviri və başqan müavini vəzifələrini tutub, Məclis və Divan üzvü olub.


1992-1995-ci illərdə Lənkəran şəhər 1 saylı orta məktəbində, 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib.


2010-cu ildə siyasi fəaliyyətinə görə işdən çıxarılıb. 


2013-cü ildə qurama ittihamlarla əsassız həbs edilib, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən “vicdan məhbusu” kimi tanınıb. 2016-cı ildə azadlığa çıxıb. 


200-dən çox publisistik və elmi-populyar məqalələrin müəllifidir. Məqalələrindən ibarət “Tarixdən səhifələr” və “Yaxın Şərq tarixi” adlı kitabları nəşr olunub.


Lənkəran şəhərində yaşayır. 


Evlidir, üç övladı var. 

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın